Logo

Qazaxıstanlı tələbələr BDU-da təhsil alacaqlar

01.03.2022 19:37 614 baxış
IMG

Qazaxıstan Respublikasının Şahmərdan Yesenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universitetinin 4 tələbəsi martın 1-dən yaz semestrinin sonunadək Bakı Dövlət Universitetində (BDU) təhsil alacaq.

"Tehsil.biz"in məlumatına görə, bu, BDU ilə Şahmərdan Yesenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universiteti (XDTMU) arasında 2018-ci il 5 may tarixində bağlanmış əməkdaşlıq memorandumuna əsasında həyata keçirilir.

XDTMU-nun hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələri - Tolemic Akzhunis və Zahid Talıbov BDU-nun Hüquq fakültəsində ailə hüququ, dəniz və enerji hüququ dərslərində iştirak edəcəklər.

XDTMU-nun riyaziyyat müəllimliyi (ingilis bölməsi) ixtisası üzrə təhsil alan tələbələri - Galymzhan Saktaganov və Bauyrzhan Kuanyshbekuly isə BDU-nun Mexanika-riyaziyyat fakültəsində funksional analiz, diskret riyaziyyat, riyazi məntiq dərslərinə qatılacaqlar.

Xəbər lenti