Logo

FHN-in Akademiyasında 1 mart - Beynəlxalq Mülki Müdafiə Gününə həsr olunmuş beynəlxalq seminar keçirilib

01.03.2022 20:46 544 baxış
IMG

1 mart 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasının təşkilatçılığı ilə Beynəlxalq Mülki Müdafiə Gününə həsr olunmuş “Müasir şəraitdə mülki müdafiə: problemlər və perspektivlər” mövzusunda videokonfrans rejimində beynəlxalq seminar keçirilib.

Tehsil.biz xəbər verir ki, seminarda Rusiya Federasiyası, Belarus, Qazaxıstan və Özbəkistan respublikalarının ali təhsil müəssisələrinin nümayəndələri, eləcə də Azərbaycan Respublikası FHN-in və ölkəmizin bir sıra ali məktəblərinin nümayəndələri iştirak ediblər.

Seminarın keçirilməsində məqsəd mülki müdafiə üzrə müvafiq qurumlar arasında beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və onların qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi olub.

Tədbirdə açılış nitqi ilə çıxış edən FHN-in Akademiyasının rəisi general-mayor Baba Salayev əhalinin mühafizəsinin təmin edilməsində mülki müdafiənin mühüm rol oynadığını diqqətə çatdıraraq, bu kimi tədbirlərin əməkdaşlığın genişləndirilməsi və əlaqələrin daha da inkişaf etdirilməsinə öz töhfəsini verdiyini qeyd edib.

Akademiyanın rəisi bildirib ki, hazırda mülki müdafiə dövlətin ən mühüm funksiyalarından biri, müdafiə quruculuğunun və ölkənin təhlükəsizliyinin təmin edilməsinin tərkib hissəsidir. İnsanların təhlükəsizliyi və təsərrüfat obyektlərinin dayanıqlı fəaliyyəti mülki müdafiənin necə təmin olunmasından aslıdır. Bu məqsədlə böyük yanğınlar, texnogen və təbii fəlakətlər, terror aktları və digər fövqəladə hallarla səmərəli mübarizə aparmaq üçün qüvvə və vasitələrin daim hazır vəziyyətdə saxlanılması, təlim və məşğələlərin keçirilməsi, əhalinin maarifləndirilməsi zəruridir.

Daha sonra seminar iştirakçılarının çıxışları dinlənilib, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Xəbər lenti