Logo

UNEC Kitabxana-İnformasiya Mərkəzinin fondunda olan kitabların virtual sərgisi keçirilib

02.03.2022 10:25 628 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Elm Festivalı çərçivəsində UNEC Kitabxana-İnformasiya Mərkəzinin fondunda olan kitabların virtual sərgisi təşkil edilib.

Bu barədə "Tehsil.biz"ə UNEC-dən məlumat verilib. Bildirilib ki, “Azərbaycan iqtisad elminin uğurları” adlı virtual sərgidə UNEC alimlərinin iqtisadiyyat elminin ayrı-ayrı sahələrinin inkişafı istiqamətində əldə etdiyi elmi nailiyyətləri özündə ehtiva edən müxtəlif dillərdə dərslik, dərs vəsaiti və monoqrafik nəşrləri haqqında məlumatlar öz əksini tapıb. Burada universitetin professor-müəllim heyətinin beynəlxalq nəşrlərdən etdiyi mükəmməl tərcümə vəsaitləri də yer alıb.

Xəbər lenti