Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu zamanı hansı abituriyentlərin ərizələrini Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirməli olduqları müəyyənləşib.
Tehsil.biz xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi «Abituriyent» jurnalının 1-ci nömrəsində məlumat verilib.
Qeyd edilib ki, abituriyent barədə DİM-in informasiya sistemlərində olan məlumatlar yetərli olduğu halda, həmin abituriyent ərizəsini özü təsdiq edir və Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etmir.
Əgər abituriyent haqqında informasiya sistemlərində olan məlumat yetərli deyilsə, həmin abituriyent tələb olunan sənədləri təqdim etməklə ərizəsini SQK-larda təsdiq etdirir. Tələb olunan sənədlər, SQK-ların ünvanları və digər zəruri məlumatlar qəbul elanında dərc olunur.
Qeyd edək ki, ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən "Abituriyentin elektron ərizəsi" forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir.