Logo

Bakı Ali Neft Məktəbinin məzunu birinci olub

02.03.2022 11:07 406 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) məzunu, SOCAR-ın Kompleks Qazma İşləri Trestinin Qazma üzrə böyük mühəndisi Niyaz Əhmədzadə Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) Kadr hazırlığının təşkili mərkəzində İADC WellSharp Qazma əməliyyatları üzrə “Nəzarətçi” səviyyəli təlim kursunu başa vurmuş dinləyicilər arasında biliklərin  qiymətləndirilməsi (imtahan) prosesində ən yüksək nəticə göstərərək 97% bal toplayıb və 1-ci yerə çıxıb.

Tehsil.biz xəbər verir ki, Niyaz Əhmədzadə 2018-ci ildə BANM-in “Neft-qaz mühəndisliyi” ixtisası üzrə bakalavr pilləsini, 2020-ci ildə magistr pilləsini fərqlənmə ilə bitirərək “Yatağın qiymətləndirilməsi və idarəolunması ixtisaslaşması”nın birincisi olub.

O, 2018-ci ildə Neft Mühəndisləri Cəmiyyəti (SPE) tərəfindən Neft-qaz mühəndisliyi ixtisasının tələbələri üçün təşkil edilmiş “PetroBowl” beynəlxalq səviyyəli intellektual yarışın Azərbaycan üzrə çempionatında 1-ci yerə layiq görülən BANM-in “OnePetro” komandasında təmsil olunub. Ali Məktəbin komandası daxilində Azərbaycanı yüksək səviyyədə təmsil edən 5 tələbədən biri kimi Niyaz Əhmədzadə 2019-cu ildə Kanadanın Kalqari şəhərində keçirilmiş beynəlxalq “PetroBowl” yarışının final mərhələsində iştirak edərək fərqlənib və Bakı Ali Neft Məktəbinin adının dünyanın ən güclü 16 universiteti siyahısına daxil edilməsinə nail olub.

Niyaz Əhmədzadə 2018-ci ildə SOCAR-ın Kompleks Qazma İşləri Trestinə işə qəbul olunub.

Xəbər lenti