"Kizaru" adı ilə tanınan rusiyalı repçi Oleq Viktoroviç Neçiporenko bir müddət əvvəl həbs olunub.
Tehsil.biz xəbər verir ki, bu haqda sənətçi sosial şəbəkə hesabında yazıb. Həbsdən yeni çıxdığı deyilən repçi Rusiya-Ukrayna müharibəsindən də yazıb.
Rusiyalı musiqiçi Ukraynaya dəstəyini ifadə edib:
Bir çoxunuz sual verirsiniz ki "Kizaru haradadır?". Noyabrın 14-də məni Almaniyada interpol saxladı. 4 aylıq həbs edildim. Yeni ili həbsxanada keçirdim. Ukraynadakı bacı-qardaşlar, möhkəm olun".