Logo

Əlyazmalar İnstitutunun binası qəzalı vəziyyətdədir

02.03.2022 13:58 624 baxış
IMG

Əlyazmalar İnstitutunun yerləşdiyi tarixi bina qəzalı vəziyyətdədir və əsaslı təmirə ehtiyacı var.

Tehsil.biz “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli məlumat verib.

T. Kərimli bildirib ki, Fövqəladə Hallar Nazirliyi qədim tarixə malik binanın qəzalı vəziyyətdə olması barədə akt da tərtib edib. Komissiya müəyyən edib ki, zəlzələ nəticəsində binanın ön fasadı çat verib.

Qeyd edək ki, Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və maliyyə dəstəyi ilə həmin binada müsəlman Şərqində yaradılan ilk dünyəvi qızlar məktəbi fəaliyyət göstərib

Xəbər lenti