Bakı Avrasiya Universitetinin Filologiya fakültəsində Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə təhsil alan dördüncü kurs tələbələri AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda istehsalat təcrübəsinə başlayıblar.
İnstitutdan bildirilib ki, tələbələr 3 aylıq təcrübə müddətində şöbələrin iş fəaliyyətini öyrənəcək, dilçilik elminin sahələrinə dair biliklərini artıracaqlar.