Logo

Rusiya vətəndaşı Jerar Depardyedən müharibəyə etiraz

02.03.2022 15:36 651 baxış
IMG

Məşhur aktyor Jerar Depardye Rusiya-Ukrayna müharibəsinə münasibət bildirib.

Tehsil.biz "TASS" agentliyinə istinadən xəbər verir ki, sənətçi hər iki tərəfin qardaş ölkələr olduğunu bildirib. O Rusiya ilə Ukraynanı sülhə səsləyib:

"Rusiya və Ukrayna həmişə qardaş ölkələr olub. Bu qardaş müharibəsinin əleyhinəyəm. Müharibəni dayandırın və danışıqlar aparın".

Xatırladaq ki, Jerar Depardye 2013-cü ildə Rusiya vətəndaşlığını qəbul edib. Aktyor Fransaya etiraz olaraq Rusiya vətəndaşlığı istəyib. Buna səbəb keçmiş Fransa prezidenti Fransua Ollandın ölkənin ən varlı vətəndaşlarından 75 % vergi tətbiq etmək istəməsi olub.

Xəbər lenti