Logo

Mərkəzi Elmi Kitabxanada akademik İsa Həbibbəylinin şəxsi kitab kolleksiyası yaradılıb

02.03.2022 16:29 607 baxış
IMG

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) akademik İsa Həbibbəylinin şəxsi kitab kolleksiyası yaradılıb.

Bu barədə MEK-dən məlumat verilib. Bildirilib ki, ümumilikdə 581 ədəd müxtəlif adda daxil olan nəşrlər sırasında “Nizami Gəncəvi İli”nə aid ədəbiyyatlar, jurnallar, monoqrafiyalar, salnamələr, albomlar, lüğətlər, soyqırımı haqqında kitablar, biblioqrafiyalar, alimin öz kitabları və onun haqqında yazılmış kitablar, Ərəstü Həbibbəylinin kitabları, bədii əsərlər, “Molla Nəsrəddin” jurnalı yer alır.

“Quba aprel-may 1918-ci il müsəlman qırğınları sənədlərdə” (Solmaz Rüstəmova-Tohidi), “Qarabağ: “Eçmiədzin”in məxfi qrifi altında” (Rövşən Novruzoğlu), “Ramiz Əskər, Biblioqrafik məlumat kitabı”, “Vandalizm: tarixi adlara qarşı soyqırımı”, “Rus və erməni mənbələri işığında erməni problemi. Meydana çıxma prosesi. 1678 – 1914” (Seyit Sertçelik), “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları. IV Beynəlxalq elmi konfransın materialları”, “Ənənəvi söyləyicilik sənəti” (Atəş Əhmədli) və digərləri nəşrlər sırasındadır. Kitabların bir qismi MEK-in Milli Rəqəmsal Yaddaş bazasına daxil edilib.

Xəbər lenti