Logo

Təhsil naziri 6 rayonun təhsil ictimaiyyəti ilə görüşüb - FOTO

02.03.2022 17:33 551 baxış
IMG

Martın 2-də təhsil naziri Emin Əmrullayev Lənkəran rayonuna səfəri çərçivəsində Lənkəran, Masallı, Astara, Cəlilabad, Yardımlı və Lerik rayon təhsil şöbə müdirləri, müdir müavinləri və məktəb direktorları ilə görüşüb. 

Tehsil.biz xəbər verir ki, görüş zamanı sözügedən bölgələrdə təhsil sahəsi üzrə mövcud problemlər və onların həlli ilə bağlı fikirlər səsləndirilib, təhsilin keyfiyyətinin artırılması  istiqamətində atılan addımlar və görüləcək işlər müzakirə olunub. 

Görüşdə yerli təhsili idarəetmə qurumlarına müvafiq tapşırıqlar verilib, həmçinin təkliflər dinlənilib və suallar cavablandırılıb.

Xəbər lenti