Logo

Bakı Mühəndislik Universiteti öz tələbələrinə güzəşt etmir

18.12.2020 17:59 999 baxış
IMG

“Builki tədris ili karantin rejiminə təsadüf edib, bu səbəbdən bir çox tələbələrimiz dərslərə adaptasiya ola bilməyiblər. Bəzi tələbələrin isə internet problemi olub. Təəssüf ki, Bakı Mühəndislik Universiteti bütün bunları nəzərə alıb öz tələbələrinə güzəşt etmir”.

 

Tehsil.biz xəbər verir ki, bu iddia ilə “Qafqazinfo”ya BMU-nun tələbələri müraciət ediblər. Həftə ərzində universitetin tələbələrindən redaksiyamıza eyni məzmunda onlarla şikayət daxil olub. Tələbələr bildirirlər ki, ötən tədris ilində də oxşar problemlər var idi, o zaman müəyyən güzəştlər olundu. Lakin universitet rəhbərliyi bu il həmin güzəştləri tətbiq etmək istəmir:

 

“Hazırki vəziyyət keçən ildən o qədər də fərqli deyil. Bir çox universitetlərdə, o cümlədən, ADPU, AZTU, ADİU və digərlərində semestr ərzində olan imtahanlar və sərbəst işlər ləğv edildi. Birbaşa final imtahanı keçirildi. Lakin bu həftələr ərzində bizim universitetdə SDF imtahanları keçirilir. Biz də əziyyətlə aldığımız həmin nəticələrin finala getməsini istəyirik”.

 

Tələbələr qeyd olunan məsələ ilə bağlı dəfələrlə universitet rəhbərliyinə müraciət etdiklərini, lakin cavab ala bilmədiklərini deyirlər:

 

“BMU-da təhsil alan tələbələrin yarısı- təxminən iki min tələbə güzəştlə bağlı müraciət edib. Rəhbərlik bizi yola verir ki, baxılacaq. Artıq yanvarın 10-dan universitetdə imtahanlar başlayır”.

 

Problemlə bağlı Bakı Mühəndislik Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib ki, tələbələrin istəkləri nəzərə alınacaq, onlar üçün imtahanlarda ciddi güzəştlər nəzərdə tutulub:

 

“Gələn həftənin ortalarında BMU-nun Elmi Şurasının güzəştlərlə bağlı iclası keçiriləcək. Şura hansı güzəştlərin olacağı ilə bağlı yekun qərar verəcək. Qərar veriləndən sonar həmin güzəştləri cəmiyyətə elan edəcəyik”.

Xəbər lenti