Logo

Paytaxt məktəblisi Avropa çempionu olub

03.03.2022 10:16 368 baxış
IMG

Paytaxt məktəblisi Türkiyədə keçirilən muay-tay idman növü üzrə Avropa çempionatında qalib gəlib.

Tehsil.biz xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 283 nömrəli tam orta məktəbin X sinif şagirdi Xəyal Əliyev bütün rəqibləri üzərində qalib gələrək I yerə layiq görülüb.

X.Əliyev bu qələbəsinə görə qızıl medalla təltif olunub.

Qeyd edək ki, bundan əvvəl də məktəbli ölkədaxili və beynəlxalq yarışlarda uğur qazanıb. 2016-cı və 2018-ci illərdə Türkiyədə keçirilən açıq Avropa Kubokunda və 2019-cu ildə İranda keçirilən beynəlxalq turnirdə I, 2019-cu ildə Türkiyədə keçirilən dünya çempionatında isə III yeri tutub.

Xəbər lenti