Logo

"UNEC-də xarici dil prioritetlərdən biridir" - REKTOR

03.03.2022 10:25 564 baxış
IMG

"Müasir ali təhsildə xarici dilin və xüsusilə də ingilis dilinin rolu böyükdür".

Tehsil.biz xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov deyib.

Onun sözlərinə görə, fakt ondan ibarətdir ki, xaricdə çap olunmuş bütün kitabları azərbaycan dilinə tərcümə etmək mümkünsüzdür: "Çox ehtimal ki, lazım da deyil. Bu baxımdan mümkün iki variant görünür: milli ali təhsil sistemini ingilis dilli ali təhsilə çevirmək və yaxud milli dildə təhsilalanların yetərli xarici dil biliklərini təmin etməkdir. İngilis dilində təhsili istisna etməməklə UNEC daha çox ikinci varianta üstünlük verir".

Rektor bildirib ki, bu istiqamətdə artıq bir sıra ciddi və uğurlu addımlar atılıb: "Xarici dilin tədrisi və tədrisinin təşkilində xarici universitetlərin təcrübəsini öyrənmək məqsədilə xaricə ezam edilmiş həmkarlarımın təkliflərini müzakirə etdik. Təkliflərinə görə təşəkkür edir və nə qədər çətin olsa da, məqsədimizə nail olacağımıza inanırıq".

Fəqan Əzimli

Xəbər lenti