Logo

Prezidentin sədr təyin etdiyi Şahin Seyidzadə kimdir?

03.03.2022 11:35 1062 baxış
IMG

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Şahin Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib.

Tehsil.biz xəbər verir ki, Şahin Kamil oğlu Seyidzadə Milli Məclisin deputatıdır.

Ş.Seyidzadə 15 aprel 1978-ci il tarixində Bakı şəhərində anadan olub.

1995-ci ildə akademik Azad Mirzəcanzadənin təşəbbüsü ilə yaradılmış Həbib Mahmudbəyov adına Texniki-Humanitar Liseyi bitirib.

1999-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin bakalavr, 2001-ci ildə eyni adlı Universitetin, 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Menecment” ixtisası, 2007-ci ildə isə Mançestr Universitetinin "Təhsilin təşkili və idarəetməsi ixtisası” üzrə (Master of Education) magistr dərəcələrini alıb. Daha sonra Rusiya Federasiya Hökuməti nəzdində Xalq Təsərrüfatı Akademiyasının Sosial və İqtisadi elmlər üzrə Moskva Ali Məktəbinin "Təhsilin təşkili və idarəetməsi” ixtisası üzrə təhsil alıb, hal-hazırda isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Təhsilin təşkili və idarəetməsi” üzrə fəlsəfə doktorluğu üzrə dissertantıdır.

1999-ci ildən etibarən ictimai fəaliyyətlə məşğul olur, həmçinin bir çox ictimai və dövlət əhəmiyyətli layihələrə rəhbərlik edib. 2006-2012-cı illərdə müxtəlif biznes qurumların rəhbər vəzifələrində çalışıb. 2012-2015-ci illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri, 2013-2016-cı illər ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvü, 2015-ci ildən etibarən Azərbaycan Respublikası Təhsil Nazirliyinin "SABAH qrupları”-nın rəhbəri, hal-hazırda isə Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyinin "Sosial layihələr” müsabiqəsinin rəhbəridir.

Azərbaycan Respublikasında gənclər siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə "Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” ilə təltif olunub.

Ailəlidir, iki övladı var.

Xəbər lenti