Logo

Şagird sayı ən az və ən çox olan məktəblər açıqlanıb

03.03.2022 15:15 662 baxış
IMG

Azərbaycanda şagird sayı ən az və ən çox olan məktəblər açıqlanıb.

Tehsil.biz xəbər verir ki, Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, ən az şagirdi olan məktəb Qusar rayon Çətkün kənd ibtidai məktəbidir.

Məktəbdə 1 şagird təhsil alır, 2 müəllim çalışır.

Qeyd edilib ki, ən çox şagirdi olan məktəb isə Abşeron rayon Xırdalan şəhər 2 nömrəli tam orta məktəbidir.

Məktəbdə 6254 şagird təhsil alır və 426 müəllim çalışır.

Xəbər lenti