Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunda Azərbaycan Respublikasının “Qırmızı kitab”ının III nəşrinin hazırlanması ilə bağlı işçi qrupun növbəti iclası keçirilib.
Bu barədə Zoologiya İnstitutundan məlumat verilib.
Tədbiri institutun baş direktoru vəzifəsini icra edən, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ələddin Eyvazov açıb. Fauna üzrə işçi qrupun sədri, institutun icraçı direktoru biologiya elmləri doktoru, dosent Elşad Əhmədov “Qırmızı kitab”ın III nəşrinin yüksək səviyyədə hazırlanması üzrə qaydaları, qiymətləndirmə üsulları, gələcək fəaliyyət istiqamətinin müəyyənləşdirilməsi barədə məlumat verib. Sonra siniflər üzrə işçi qrupun rəhbərləri biologiya elmləri doktoru, dosent Qiyas Quliyev, biologiya üzrə fəlsəfə doktorları Adil Əliyev, Təvəkkül İsgəndərov, İlhamə Kərimova görülən və planlaşdırılan işlər haqqında danışıblar.