Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (Dövlət Komitəsi) “Könüllümüz ol” layihəsinin iştirakçıları ilə növbəti görüş keçirilib.
Tehsil.biz xəbər verir ki, Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə rəhbərlik etdiyi şöbənin fəaliyyət istiqaməti barədə ətraflı məlumat verərək bildirib ki, struktur bölmə respublikada dini durumun öyrənilməsi və dini proseslərin izlənilməsi funksiyalarını yerinə yetirir, eyni zamanda səlahiyyəti çərçivəsində dini duruma nəzarət etmək, dini qurumlar, onların fəaliyyəti barədə məlumat toplamaq işlərini həyata keçirir.
C.Əlifzadə, həmçinin şöbənin tərkibində Dini təhsil sektorunun fəaliyyət göstərdiyini, sektorun ölkədə dini təhsillə bağlı vəziyyəti öyrənib, dini təhsil müəssisələrinin işinə nəzarəti həyata keçirdiyini könüllülərin diqqətinə çatdırıb.
Görüşün sonunda Dövlət Komitəsinin rəsmisi könüllüləri maraqlandıran sualları cavablandırıb.