Logo

Məktəbin İnkişaf Planı məktəbin rəhbər və pedaqoji heyətinə təqdim edilib

03.03.2022 18:24 436 baxış
IMG

MDPİM-in əməkdaşları 1 mart 2022-ci il tarixində Seymur Məmmədov adına 301 nömrəli tam orta məktəbdə Məktəbin İnkişaf Planını (MİP) məktəbin rəhbər və pedaqoji heyətinə təqdim edib.

MİP TKTA  tərəfindən keçirilən keyfiyyət monitorinqinin nəticələrinə dair 24 altmeyar üzrə 6 sahə ilə bağlı inspeksiya hesabatı, ARTİ əməkdaşlarının dərsdinləmə və məktəbdə apardıqları fərdi söhbət, müşahidələrinə əsasən hazırlanıb.

MİP-in strukturu aşağıdakı hissələrdən ibarətdir:

- Fəaliyyət;
- Fəaliyyətin nəticəsi - məhsul;
- Fəaliyyət nəticəsində əldə edilən uğur indikatoru;
- Fəaliyyətin icra olunduğu vaxt;
- Fəaliyyət üzrə məsul şəxs.

Qeyd edək ki, hər bir məktəb üzrə MİP təqdim olunduqdan sonra ARTİ tərəfindən həmin məktəblərə kurator müəyyənləşdirilməsi nəzərdə tutulur. Həmin kurator MİP-in icrasında qarşıya çıxacaq çətinliklərlə bağlı məktəb və ARTi arasında əlaqələndirici rol oynayacaq. MİP-in icrası üzrə məsuliyyət isə hər bir məktəbin öz üzərindədir.

Hazırki MİP icrası 1 il müddətinə müəyyən edilib. Növbəti illərdə icra zamanı əldə edilən təcrübəyə əsasən 3 və ya 5 illik inkişaf planlarının hazırlanması nəzərdə tutulur.

Nəzərinizə çatdıraq ki, MİP-in icrası prosesində ARTİ-nin mütəxəssisləri və təlimçiləri tərəfindən ehtiyaclar nəzərə alınmaqla metodiki və pedaqoji məzmunlu təlimlərin keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti