Logo

UNEC-də Elm festivalı çərçivəsində müəssisələrdə peşə auditinə dair dəyirmi masa təşkil edilib

03.03.2022 18:36 445 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Elm festivalı tədbirlər planına uyğun olaraq Maliyyə və mühasibat fakültəsində “Beynəlxalq peşə standartlarını nəzərə almaqla müəssisələrdə peşə auditinin və uçotun tənzimlənməsi” mövzusunda dəyirmi masa keçirilib.

UNEC-dən bildirilib ki, dəyirmi masada kafedranın müdiri professor Sifariz Səbzəliyev, Maliyyə və mühasibat fakültəsinin dekanı Hafis Hacıyev, professor Fazil Hacıyev, dosentlər Vaqif Quliyev, Hənifə Cəfərli, Nəzakət Musayeva, müəllimlər Amaliya Hacıyeva və Abdulkərim Sadıqov mövzu ətrafında çıxış edərək, müəssisələrdə peşə auditinin və uçotun tənzimlənməsində beynəlxalq peşə standartlarının rolu və əhəmiyyəti barədə fikirlərini söyləyiblər.

Xəbər lenti