Fövqəladə Hallar Nazirliyi (FHN) Cəlilabadda məktəbdə baş verən yanğınla bağlı məlumat yayıb.
FHN-dən “Report”a verilən məlumata görə,3 saylı tam orta məktəbin yerləşdiyi, ümumi sahəsi 350 m² olan birmərtəbəli korpusda döşəmə 5 m² sahədə yanıb.
Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.