Təhsil naziri Emin Əmrullayev martın 12-də Gəncə şəhərində Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl, Samux və Kəlbəcər rayonlarında qeydiyyatda olan sakinləri qəbul edəcək.
Təhsil Nazirliyindən Tehsil.biz-ə bildirilib ki, qəbulda Gəncə şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.
Qeyd olunan şəhər və rayonların sakinləri 4 mart 2022-ci il tarixinədək (saat 18:00-dək) Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng, Nazirliyin saytının əlaqə bölməsi vasitəsilə elektron (https://edu.gov.az/az/contact) və rəsmi "Whatsapp" xidmətinə (0512067848) müraciət etməklə qəbula yazıla bilərlər.