Logo

Bakıda VII Britaniya Filmləri Festivalının açılış olub

04.03.2022 10:36 430 baxış
IMG

Bakıda VII Britaniya Filmləri Festivalının açılış mərasimi keçirilib.

Tehsil.biz Report-a istinadən xəbər verir ki, builki tədbir Azərbaycan və Böyük Britaniya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə üst-üstə düşür.

Festivalın açılış mərasimində çıxış edən “British Council” təşkilatının Azərbaycan üzrə direktoru Frensis Qardener-Trexo martın 15-dək davam edəcək festival çərçivəsində 7 filmin nümayiş etdirilməsinin planlaşdırıldığını bildirib.

Tədbirin ilk günü quldurluq və ədalət uğrunda mübarizədən bəhs edən “Hersoq” retro-komediyası nümayiş olunub. Filmdə Cim Brodbent və Helen Mirren kimi “oskarlı” aktyorlar rol alıblar.

Festivalın proqramına 2 sənədli film daxil edilib. “İnsanlar iqlim dəyişikliyinə qarşı” (BBC) və “Sərhədləri dağıdaraq: Planetimizə elmi baxış” (Netflix) adlı sənədli filmlərdə iqlim dəyişikliyinin səbəb olduğu təbii fəlakətlərdən və bəşəriyyətin planetimizin xilası naminə nə edəcəyindən bəhs olunur.

Xəbər lenti