Logo

Ağdam şəhər məktəbinin tikintisinin başa çatacağı vaxt açıqlanıb

04.03.2022 10:57 357 baxış
IMG

"Ağdam şəhər 1 nömrəli məktəbin tikintisi gələn ilin sonunda yekunlaşmalıdır".

Tehsil.biz APA-ya istinadən xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə tədbirində deyib.

O bildirib ki, Ağdam şəhər 1 nömrəli məktəb Bakıda yerləşən ən müasir məktəb səviyyəsində olacaq:

"Təhsil infrastrukturunun formalaşdırılması baxımından işğaldan azad olunmuş ərazilərdə çox aktiv iş gedir. Bu ilin sonu və ya gələn ilin əvvəlində Şuşa 1 nömrəli məktəbinin də tikintisi başa çatacaq. 960 nəfərlik məktəb ən müasir infrastruktura malikdir".

 

Xəbər lenti