Logo

ADNSU-da tələbələrin 69-cu elmi-texniki konfransı başa çatıb

19.12.2020 02:37 652 baxış
IMG

Dekabrın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 100 illiyinə həsr olunmuş tələbələrin 69-cu elmi-texniki konfransının onlayn formatda yekun iclası keçirilib.

 

ADNSU-dan bildirilib ki, tədbirdə çıxış edən rektor, professor Mustafa Babanlı universitetdə gənclərin elmi fəaliyyətinin stimullaşdırılması istiqamətində görülən işlərdən danışıb. Konfransla yanaşı, tələbələrin məruzələrindən, hazırlıq səviyyələrindən, eyni zamanda, mövcud nöqsanlardan söz açan rektor ildən-ilə gənclərin elmə marağının artmasını yüksək qiymətləndirdiyini vurğulayıb.

 

Sonra bölmələr üzrə hesabatlar dinlənilib. Geologiya və geofizika bölməsi üzrə Vaqif Seyidov, neft-mexanika bölməsi üzrə Ələsgər Əliyev, energetika bölməsi üzrə Ceyhun Nazıyev, informasiya texnologiyaları və idarəetmə bölməsi üzrə Yaşar Hacıyev, iqtisadiyyat və menecment bölməsi üzrə Qənimət Səfərov, xarici dillər bölməsi üzrə Rəna Babayeva, ictimai elmlər bölməsi üzrə Yaşar Əhmədov, qaz-neft mədən bölməsi üzrə Yelena Şmonçeva, kimya texnologiyası və sənaye ekologiyası bölməsi üzrə Ələkbər Həsənov konfransın yekununa dair hesabat nitqi ilə çıxış ediblər. Bakalavr və magistr səviyyələri üzrə yer tutan tələbələrin adları açıqlanıb.

 

Sonda növbəti konfransın tarixi və yeniliklərlə bağlı müzakirələr aparılıb. Növbəti elmi-texniki konfransın gələn ilin noyabr ayının 15-19-da keçirilməsi qərara alınıb.

Xəbər lenti