Azərbaycan vətəndaşlarının Ukraynadan təxliyəsi üçün çox effektiv iş həyata keçirilir.
Trend-in məlumatına görə, bunu deputat Aydın Mirzəzadə Milli Məclisin bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, Ukraynadan təxliyə edilən vətəndaşların arasında çoxlu sayda şagird və tələbələr var. Deputat vurğulayıb ki, həmin şagird və tələbələrin Azərbaycanda öz təhsillərini davam etdirməsi üçün imkan yaradılmalıdır:
"Təcili sürətdə həmin tələbələrin Azərbaycan unversitetlərində yerləşdirilməsi üçün tədbirlər görülməlidir", - millət vəkili deyib.