Logo

MİT məzunu UNEC-də dekan vəzifəsinə təyin olunub

04.03.2022 14:07 856 baxış
IMG

UNEC-də Beynəlxalq İqtisad Məktəbinin (İSE) direktoru vəzifəsinə yeni təyinat olub.

Tehsil.biz xəbər verir ki, UNEC-in ingilis dilli fakültəsi olan İSE-yə Ramil Quluzadə rəhbərlik edəcək. Ramil Quluzadə 25 iyul 1987-ci ildə Bakı şəhərində anadan olub.

2004-cü ildə 1 saylı fizika-riyaziyyat və informatika təmayüllü liseyi bitirib. 2004-2008-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Ümumi İqtisadiyyat fakültəsində bakalavr təhsili alıb və fərqlənmə diplomu ilə məzun olub.

2008-2009-cu illərdə hərbi xidmətdə olub. 2016-2018-ci illərdə ABŞ-ın Massaçusets Texnologiya İnstitutunda ((Massachusetts Institute of Technology, USA) ) "Biznesin idarə edilməsi" (Master of Business Administration) ixtisası üzrə magistr təhsili alıb.

2018-2019-cu illərdə ABŞ-da yerləşən müxtəlif texnologiya şirkətlərində əmək fəaliyyətini davam etdirib. 2020-2021-ci illərdə Xəzər Universitetinin MBA departamentinin direktoru olub.

Xəbər lenti