Logo

DİM-dən 9 illik bazadan kolleclərə qeydiyyat tarixi ilə bağlı AÇIQLAMA

04.03.2022 16:04 719 baxış
IMG

“Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu martın 17-nə qədər davam edəcək. Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən hər kəs sənəd qəbulunda iştirak etməlidir. İstər builki məzunlar, istərsə də əvvəlki ilin məzunları qeydiyyatdan keçə bilər”.

Bunu Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə bildirib.

Onun sözlərinə görə, 11 illik bazadan kolleclərə qəbul da eyni sistemdən qeydiyyatdan keçməklə mümkündür: “9 illik bazadan kolleclərə qeydiyyat tarixi isə açıqlanacaq”.

Xanlar Xanlarzadə deyib ki, sənəd qəbulu zamanı həm I, II, III, IV ixtisas qruplarından birini, həm V ixtisas qrupunu, həm də tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul bölmələrini eyni vaxtda seçmək mümkündür: “Yaxud da kimsə istəyirsə, yalnız onlardan birini seçə bilər. Eyni zamanda, III ixtisas qrupunda dəyişiklik olduğu üçün “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisasını seçmək istəyənlər ərizə qəbulunda həm DT, həm də TC bəndini seçməlidilər”.

Xəbər lenti