Logo

“Azərbaycanfilm” kinostudiyasının direktoru işdən çıxıb, yeni direktor təyin olunub

04.03.2022 16:39 474 baxış
IMG

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Fariz Əhmədov vəzifəsindən ayrılıb.

Tehsil.biz xəbər verir ki, bu barədə F.Əhmədov özü bildirib.

Onun sözlərinə görə, martın 1-dən kinostudiyanın direktoru vəzifəsindən ayrılıb.

F.Əhmədov fəaliyyətini audiovizual layihələrin istehsalı sahəsində davam etdirəcək.

Qeyd edək ki, Fariz Asif oğlu Əhmədov 2020-ci ilin sentyabrın 30-dan bu vəzifədə çalışırdı.

Həmçinin mədəniyyət naziri Anar Kərimovun əmri ilə kinostudiyaya yeni direktor təyin olunub. Bu vəzifəyə Nazim Hüseynov təyinat alıb.

Xəbər lenti