Azərbaycan Texnologiya Universitetinin (UTECA) müxtəlif ixtisaslarında təhsil alan 4-cü kurs tələbələrinə UTECA-da fəaliyyət göstərən PROGRO Mərkəzinin təşkilatçılığı ilə təlim keçirilib.
Tehsil.biz xəbər verir ki, açılışı giriş sözü ilə PROGRO Mərkəzinin Gəncə koordinatoru Xaliq Cabbarov edib.
Daha sonra PROGRO Mərkəzinin digər nümayəndəsi Aytəkin Tağıyeva mərkəz və layihələri haqqında ətraflı məlumat verib. Bildirib ki, PROGRO Platforması BMT-nin İnkişaf Proqramı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin birgə əməkdaşlığı çərçivəsində yaradılıb və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilir. Məqsəd gənclərin istiqamətləndirilməsi, əmək bazarının tələblərinə uyğun bacarıqlara yiyələnməsi, inkişafa və yeniliklərə meyilli məqsədyönlü fərdlərin cəmiyyətə və əmək bazarına qazandırılması, eləcə də əmək bazarında işaxtaran və işəgötürən arasındakı sosial əlaqələrin inkişaf etdirilməsidir.
UTECA-da bu qəbildən keçirilən keçirilən seminarda təlimçi qismində Avrora şirkətinin HR mütəxəssisi Sadiq Çıraqzadə çıxış edib. Mövzu “Karyeraya necə başlamalı” və “İş müsahibəsində verilən sual və cavablar” başlıqlarına həsr edilib. Təlimdə tələbələr aktiv iştirak edib, onları maraqlandıran sullar cavablandırılıb.