Logo

Elmə xidmət edən bir ömür

05.03.2022 09:10 676 baxış
IMG

Rəhim Məhəmməd oğlu Rəhimov - 1953-cü il martın 4-də Qubadlı rayonunun Saldaş kəndində anadan olub.

Azərbaycan Texniki Universitetində “Elektron Texnikası mühəndisi” ixtisasına yiyələnib. 1978-ci ildə AzTU-da laborant kimi iş fəaliyyətinə başlayıb. 2 il laborant işləyəndən sonra müəllim, baş müəllim işləyib.

1990-cı ildə müdafiə edib, elmlər namizədidir. 40 ilə yaxındır ki, elmi-pedaqoji fəaliyətlə məşğuldur. 100-dən çox elmi məqalənin, 6 dərs vəsaitinin, 12 metodik vəsaitin, 8 ixtiranın müəllifidir. Elmi məqalələri, dərs vəsaitləri və ixtiraları əsasən elektron qurğuları, mikroprosüssor texnikası, mikrokontrollerli idarəetmə sistemlərini və tibbi texnikanın maqnitoterapiya aparatının yaradılması kimi sahələri əhatə edir.

Onu da qeyd edək ki, Rəhim Rəhimov eyni zamanda xeyli şeirlərin və müxtəlif publisistik yazıların da müəllifidir.

Bu gün isə dəyərli alim, elektronika sahəsində hər zaman müraciət edib məsləhət aldığım müəllimim, Rəhim Rəhimovun doğum günüdür. Bir tələbəsi olaraq, müəllimimi ən səmimi arzularla təbrik edir, elmi-pedaqoji fəaliyyətində uğurlar arzu edirəm.
Əminəm ki, içi mən qarışıq olmaqla Rəhim müəllimin tələbələri onun əziyyətindən çıxa bilməz çünki müəllim yalnız bizə dərs öyrətmir, eyni zamanda mənəvi dəstəyini əsirgəmir, öz köməyini daim göstərir, bir insan idealıdır, bəlkə də mənim üçün.

Var olun, Yüz yaşayın, Rəhim müəllim!

Tələbəsi-Qadir Qafarov

Xəbər lenti