Logo

“Azərbaycanfilm”ə yeni direktor təyin olundu

05.03.2022 09:42 445 baxış
IMG

Nazim Hüseynov Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru vəzifəsinə təyin olunub.

Bu barədə Tehsil.biz-ə Mədəniyyət Nazirliyindən bildirilib.

Nazir Anar Kərimov bununla bağlı müvafiq əmr imzalayıb.

Qeyd edək ki, "Azərbaycanfilm"in keçmiş direktoru Fariz Əhmədov bu gün işdən ayrıldığını bildirib.

Nazim Fikrət oğlu Hüseynov Bakıda anadan olub. M.Əzizbəyov adına Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Neft-mədən fakültəsində (1990), Rusiya Federasiyası Prezidenti yanında Təsərrüfat və Dövlət Qulluğu Akademiyasının Dövlət və bələdiyyə idarəçiliyi ixtisasında (2018) təhsil alıb. “215 KL” Müstəqil televiziya şirkətində maliyyə direktoru (1992-1997, 1999-2010), Space Teleradio Şirkətində reklam və kommersiya departamentinin direktoru (1997-1999), “Salnamə” Sənədli Filmlər studiyasının direktor müavini olaraq çalışıb. “Azərbaycanfilm” kinostudiyasında direktor vəzifəsini icra edib (2020).

II Bakı Beynəlxalq İdman Filmləri Festivalının, III, IV, V Bakı Beynəlxalq Turizm Filmləri Festivalının icraçı direktoru olub. 2013-cü ildən “Salnaməfilm” studiyasının direktoru vəzifəsində çalışıb. Bir neçə bədii, 60-dan çox sənədli filmin prodüseridir.

Xəbər lenti