Logo

Məktəbdə öskürən şagird sinifdən partası ilə birgə çıxarılıb

19.12.2020 13:47 1059 baxış
IMG

Rusiyanın Kareliya Respublikasında şagird dərs zamanı öskürdüyü üçün məktəb rəhbərliyi onu partası ilə birlikdə sinifdən çıxarıb.

 

Tehsil.biz xəbər verir ki, bu barədə şagirdin valideyni "VKontakte" sosial şəbəkəsindəki "Petrozavodsk və Kareliya Valideynləri" ictimai qrupunda məlumat yayıb.

 

O, dəlil olaraq oğlunun sinifdən çıxarıldıqdan sonra çəkdirdiyi fotoları səsyazmaya əlavə edib.

 

Qadın məsələnin sonlandığını və "mübahisənin faydasız olduğunu" söyləyərək məktəbin nömrəsini qeyd etməyib və uşağı başqa bir məktəbə köçürdüyünü bildirib.

Xəbər lenti