Logo

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib

05.03.2022 10:01 480 baxış
IMG

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin vətəndaşların şəhər və rayonlarda qəbulunun keçirilməsinə dair tapşırığına uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı martın 4-də Sumqayıt şəhəri və Qubadlı rayonundan olan  vətəndaşları qəbul edib.

Qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin Sumqayıt şəhərində abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.

Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan qəbul zamanı Komitənin fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb, həll edilməsi araşdırma tələb edən məsələlər ilə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.

Sakinlər vətəndaşların bölgələrdə qəbulu ilə bağlı Azərbaycan Prezidentinin göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Xəbər lenti