Logo

Dərslik komplektləri pilot siniflərə sınaq üçün təqdim edilib

05.03.2022 11:16 1009 baxış
IMG

Təhsil İnstitutu tərəfindən cari tədris ilinin II yarımilində IV siniflər üçün Azərbaycan dili (tədris dili) və riyaziyyat dərslik komplektlərinin II hissəsi hazırlanıb və respublika ümumtəhsil müəssisələrinin seçilən pilot siniflərinə (97 məktəb, 123 sinif) sınaq üçün təqdim edilib. Dərslik komplektinə dərslik, iş dəftəri və müəllimlər üçün metodik vəsait daxildir.

Bu barədə Təhsil İnstitutundan bildirilib. Qeyd olunub ki, dərslik komplektləri hazırlanarkən qabaqcıl ölkələrdə dilin və riyaziyyatın tədrisindəki müasir metodoloji yanaşmalar və təlimin pedaqoji prinsipləri, habelə beynəlxalq qiymətləndirmə tədqiqatlarının nəticələri araşdırılaraq dərsliklərin quruluş və məzmununda nəzərə alınıb.

Xəbər lenti