Logo

Autizmli uşaqlar üçün mobil dərs proqramı hazırlanır

05.03.2022 12:44 534 baxış
IMG

“Bu gün ölkədə 600 mindən çox uşaq sosial təminat sistemi ilə əhatə olunub. Onların bir hissəsi xüsusi qayğıya ehtiyacı olan uşaqlardır”.

Tehsil.biz xəbər verir ki, bunu Fərqli Fərdlər konqresində çıxışı zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib. Onun sözlərinə görə, həmin uşaqlar Nazirlik tərəfindən stasionar, səyyar formada sosial xidmətlərlə, reabilitasiya xidmətləri ilə təmin edilirlər:

“Xüsusi qoyğıya ehtiyacı olan uşaqlar üçün reabiltasiya yönümlü sosial xidmətlər layihəsinin əhatəsi dəfələrlə genişlənib. Bu il ərzində 150-dən çox belə layihə nəzərdə tutulub. Eyni zamanda, artıq evlərə gedilməklə sağlamlıq imkanları məhdud uşaqlara sosial xidmətlər göstərilir. Sosial və reabilitasiya xidmətləri autizm, daun sindiromlu və digər xüsusi inkişaf özəlliklərinə malik insanları əhatə edir. Bu sahədə yeni innovativ layihələrə üstünlük verilir. Hazırlanmaqda olan autizm mobil dərs proqramı valideynlər üçün 200-dək video dərsliyi əhatə edəcək və onların təlimatlandırılmasına xidmət edəcək”.

Nazir müavini deyib ki, hazırda “Himayədar ailə” modelinin tətbiqi işləri də aparılır:

“Bu da valideyn himayəsindən məhrum uşaqların ailə mühitində yaşamaqla onların inkişafına şərait yaradılması məqsədi daşıyır. Dövlət başçısının tapşırığı ilə uşaq reabilitasiya mərkəzləri müasir tələblərə uyğun qurulub. Bu yaxınlarda Qəbələdə reabilitasiya mərkəzi açılıb. Bu il Şəmkirdə də belə reabilitasiya mərkəzi açılacaq” – o deyib.

APA

 

Xəbər lenti