Logo

“Şuşa İli” çərçivəsində “Vikipediya”da məqalələr yaradılıb və əsaslı redaktə edilib

05.03.2022 13:36 494 baxış
IMG

“Qorqud” Vikipediya Metodik Klubunun könüllü və ekspertləri tərəfindən “Vikipediya”nın Azərbaycan və xarici dil bölmələrində “Şuşa İli” çərçivəsində onlarla məqalə yaradılıb və əsaslı şəkildə redaktə olunub.

Bu barədə “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.

O qeyd edib ki, Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı çərçivəsində görülən işlərə “Qorqud” Vikipediya Metodik Klubunun könüllü və ekspertləri öz töhfələrini verirlər. Bu günə qədər klub tərəfindən onlarla məqalə yaradılıb. Bununla bağlı klubunun yaradılmasının təşəbbüskarı, Milli Məclisin deputatı Elnur Allahverdiyev öz feysbuk hesabatında paylaşımlar edir. Hesabatlardan aydın görünür ki, xarici dil bölmələrində effektiv, keyfiyyətli işlər aparılır. Əsas məqsəd xarici seqmentə qədim Şuşamızın zəngin irsi, tarixi haqqında məlumatların çatdırılmasıdır. Könüllülərimiz bunu uğurla həyata keçirirlər. Tərcümə prosesində klubun peşəkar tərcüməçiləri yaxından iştirak edirlər.

Elnur Eltürk bildirib ki, hər kəs prosesdə fəal iştirak etməlidir: “Sevindici hal odur ki, “Qorqud” klubunun təlimlərində iştirak edən “Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Vikipediya” könüllüləri “Vikipediya”nın özbək dili bölməsində öz töhfələrini verirlər. Eyni zamanda, onlar Rumıniyada Azərbaycanın Dostları Assosiasiyası klubun ekspertlərinə “Vikipediya”nın rumın dili bölməsində məqalələrin zənginləşdirilməsinə tərcümə dəstəyi göstərirlər. Hazırda könüllülər “Şuşa İli” ilə bağlı sistemli və ardıcıl işlər həyata keçirirlər”.

Xəbər lenti