Dövlət İmtahan Mərkəzi martın 5-də respublikanın 15 şəhər və rayonunda tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.
DİM-dən "Tehsil.biz"ə verilən məlumata görə, dörd şagirddə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib. Bundan başqa, bir imtahan nəzarətçisində mobil telefon aşkar edildiyi üçün, digər bir nəzarətçi isə köçürməyə şərait yaratdığı üçün imtahandan kənarlaşdırılıb. Qeyd olunan hallar araşdırılır və həmin nəzarətçi-müəllimlərlə bağlı Təhsil Nazirliyinə müraciət olunacaq.