Logo

Düymələrdən gözəllik yaradan qadın - VİDEO

06.03.2022 09:31 490 baxış
IMG

Divardan asılan maraqlı əl işləri, qurama üsulu ilə hazırlanan işləmələr kiçik mənzili böyük bir muzeyə bənzədir. İşlək olmayan düymələrdən hazırlanan kompozisiyalar isə baxdıqca insanın ruhunu dincəldir. 

İncəlik, dəqiqlik, ən əsası, zövqlə işlənən əsərlərin müəllifi Validə Əlizadədir. 

Mingəçevirdə yaşayan V.Əlizadə uzun illər doğma şəhərdə müəllim, məktəb direktoru və digər məsul vəzifələrdə çalışıb. O, təqaüdə çıxdıqdan sonra boş vaxtlarını səmərəli keçirmək üçün özünün bu bacarığını da üzə çıxarıb. Nur şəhərinin sakini müasir dövrdə qədim sənət növü olan quramanı da yaşadır. İşləmələr arasında ən diqqət çəkəni isə Azərbaycanın üçrəngli bayrağıdır. 
V.Əlizadə 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbədən ruhlanaraq ilk dəfə olaraq qurama üsulu ilə bayraq hazırlayıb. 

Qeyd edək ki, Mingəçevir sakininin təqaüdə çıxdıqdan sonra hazırladığı əl işlərinə maraq göstərənlər çoxdur. Şəhərdə müxtəlif tədbirlərdə sərgilənən zaman həmin sənət əsərlərinə yüksək məbləğ təklif edənlər də olub. Amma müəllif hələ ki onları satmağı düşünmür.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Xəbər lenti