Logo

Tolstoy və Mark Tven niyə Nobel mükafatı almadı?

06.03.2022 15:18 545 baxış
IMG

1901-ci ildən etibarən təqdim olunan və digər Nobel mükafatlarından daha çox tənqid edilən mükafat: Ədəbiyyat üzrə Nobel mükafatı. Obyektivliyə hər nə qədər önəm verilsə də, işin içinə subyektiv fikirlər daxil olduğu üçün, haqqında bu qədər çox danışılması, əslində, təbiidir. Buna baxmayaraq, hələ də dünyanın ən prestijli mükafatıdır.

1900-cü ildə Nobel fondu qurulur və ardınca müxtəlif komitələr qurularaq Nobel mükafatları ilə əlaqədar danışıqlara başlanır. İsveç Krallıq Elmlər Akademiyası fizika, kimya və iqtisadiyyat; Karolinska İnstitutu tibb; Norveç Nobel Komitəsi sülh; İsveç Akademiyası da ədəbiyyat sahəsindəki mükafatları təqdim edir.

Namizəd göstərmək haqqı ilk olaraq akademiya üzvləri və universitetlərin ədəbiyyat, tarix, incəsənət müəllimlərinə verilirdi. Daha sonralar edilən dəyişikliyə əsasən, mükafatı qazanan yazıçılar və bu yazıçıların ölkələrində fəaliyyət göstərən ədəbiyyat dərnəkləri də namizəd təqdim edə bilirlər.

Bu mükafat verilərkən hansı səbəblə verildiyini də açıqlayırlar. Məsələn, bu mükafatın ilk sahibi olan şair Sülli-Prüdoma “şeirində məntiqi və emosional xüsusiyyətlərin nadir hallarda rast gəlinən kombinasiyasının olması” səbəbilə Nobel təqdim edilmişdir. Orhan Pamuk isə “şəhərinin melanxolik ruhunun izlərini daşıyarkən mədəniyyətlərin bir-biri ilə toqquşması və hörülməsi üçün yeni simvollar tapması” əsası ilə səciyyələndirilib. Xeyli müzakirəyə səbəb olmuş Bob Dilana isə amerikan musiqi ənənəsində yeni poetik məzmun yaratdığı üçün ədəbiyyat üzrə Nobel mükafatı verilib.

İlk olaraq Nobel Komitəsi hər ilin oktyabr ayında mükafat qazanmış yazarlara, universitet müəllimlərinə, fərqli ölkələrdəki dərnək və akademiyalara 700-ə yaxın dəvət məktubu göndərir. Ardınca həmin şəxslər fevralın əvvəlinə qədər öz namizədlərini bu komitəyə təqdim edirlər. Toqquşan namizədliklər, cavabsız qalan məktublar kimi səbəblərlə namizədlərin sayı təxminən 200 nəfərə qədər enir. Bundan sonra komitədaxili qiymətləndirmə aparılır, aprel ayına qədər namizədlərin sayı 20 nəfərə düşür. May ayında yenidən seçim aparılır və son 5 nəfər qərarlaşdırılır. Sentyabr ayına qədər komitənin bütün üzvləri bu yazarların kitablarını oxuyur, araşdırır. İclaslardan, mübahisələrdən, dava-dalaşlardan sonra qalib təyin olunur və Nobelin ölüm tarixi olan 10 dekabrda açıqlanır.

Mükafatın verilməyə başlandığı illərdə yaşayan, hətta namizədliyi təqdim olunan, amma mükafatı qazanmayan ən önəmli yazarlar:

Lev Tolstoy

Mark Tven

Anton Çexov

Bu adamlar mükafat almayıbsa, qiymətləndirmə prosesində səhv qərarların olduğu düşünülür. Bir çox mükafat sensasiya yaradıb, məsələn, 1953-cü ildə Uinston Çörçilə verilən mükafat. İlk mükafat bir fransıza verildiyi üçün, ikinci il yenə fransız yazıçı qalib gələcəyi halda mükafat ona təqdim olunmur. Bütün millətlərdən mükafat alan olsun davranışına qarşılıq olaraq 1970-ci illərdə bir üzv Asiya və Afrika ədəbiyyatından bir şey çıxmaz kimi fikir səsləndirir. Bundan sonrakı illərdə Nəcib Məhfuz, Toni Morrison kimi yazıçılara mükafat təqdim olunur. (Kulis.az)

Xəbər lenti