Logo

Gömrük Komitəsinin Akademiyasında ağacəkmə aksiyası keçirilib

06.03.2022 18:00 576 baxış
IMG

Martın 5-də Dövlət Gömrük Komitəsinin Akademiyasında ağacəkmə aksiyası keçirilib.

Tehsil.biz xəbər verir ki, ekoloji mədəniyyətə diqqətin artırılması, ətraf mühitin qorunmasına dəstək və təbiətə töhfə vermək məqsədilə keçirilən aksiyada Akademiyanın rəhbərliyi, əməkdaşları və tələbələri iştirak ediblər.

Aksiya çərçivəsində Akademiyanın ətraf ərazisində yeni ağaclar əkilib. İməcilik iştirakçıları yeni əkilən ağacları suvarıb, onlara aqrotexniki qaydada qulluq göstəriblər.

Xəbər lenti