Logo

Bu dillərdə heç kim danışmır – SİYAHI

06.03.2022 18:41 812 baxış
IMG

Tehsil.biz Kulis.az-a istinadən dünyada istifadə olunmayan 10 dili təqdim edir:

1. Latın dili

Günümüzdə də elmi əsərlərdən bizə məlum olan bu dil tibb sahəsində hələ də yaşamaqdadır. Rəsmi şəkildə sadəcə Vatikanda istifadə olunur.

2. Sanskrit

Dünyanın ən qədim dilidir. 600 il əvvəl “ölsə” də, hələ də dünyaya təsir gücünə malikdir. Hazırda Hindistanın rəsmi dillərindən biridir. Bunun səbəbi sanskritcənin Buddizmlə, Hinduizmlə bağlı olmasıdır.

3. Antik Yunan dili

Sokrat, Aristotel, Platon və Homer kimi dahilərin istifadə etdiyi dil Latın dili kimi bəzi elmi əsərlərdə işlənilməkdədir.

4. Akkad dili

Mesopotomiyada eyni adlı şəhərdə yaranıb. Babillilər də bu dildə danışıb.

5. İncil İbrani dili

Qüds məbədinin dağılmasından sonra istifadə olunmadı. 2-ci Dünya Müharibəsindən sonra hahamların çoxu ölür, 8 min kəliməlik dil modern ibrani dilinə çevrilir.

6. Kıpti dili


Qədim Misir dilidir. Həm də ilk xristian dili kimi də qəbul edilir.


7. Arami

İsa peyğəmbərin danışdığı dil. Dövründə o qədər məşhur idi ki, Akkad dilini sıxışdırıb çıxarır.

8. Runik dili

Vikinqlərin dili olub. Arami dili kimi məhv oldu. Skandinaviya ölkələrinin hər biri öz dilini yaratdıqda runik dili sıradan çıxdı.

9. Anqlo-sakson

Qədim ingilis dilidir. 1100-cü illərdə daha çox aktual olub.

10. Keçmiş Alman dili

Almaniya, Avstriya və İsveçrədən bir neçə ləhcədən qurulmuşdu. Bu dildə bir çox elmi və dini mətnlər yazılıb.

Xəbər lenti