Logo

Tarixi abidə sayılan hamam niyə təmir olunmur? - AÇIQLAMA

06.03.2022 20:09 611 baxış
IMG

Qazax rayon sakinləri İsrafil Ağa hamamının təmir olunmasını istəyirlər. 

Bu barədə vətəndaşlar Oxu.Az-ın redaksiyasına müraciət ediblər. 

Bildirilib ki, hamam 1993-cü ildə sakinlərin hesabına təmir olunub. 

Son illər ərzində isə hamam tamamilə fəaliyyətini dayandırıb.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hamam Qazax rayonunda yerləşən yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi dövlət qeydiyyatındadır:

“Həmin hamam uzun illər sakinlərinin istifadəsində olub. Tarixi abidənin bərpaya ehtiyacı var. Hazırda Dövlət Xidməti tərəfindən həmin hamamın bərpa olunaraq yenidən istifadə olunması istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulur”.

O qeyd edib ki, bu məqsədlə tarixi hamamın bərpa olunması üçün investisiya planına salınıb.

Xəbər lenti