Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında 2010-cu il 27 dekabr tarixli 1251 nömrəli sərəncamına əsasən Bakı Şəhəri üzrə Təhsil İdarəsi Azərbaycan Respubliaksı Təhsil Nazirliyinin strukturuna daxildir. Azərbaycan Respublikası Təhsil nazirinin 26 avqust 2008-ci il tarixli 1019 nömrəli əmri ilə təsdiq edilmiş, “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminin nomenklaturasına qismən dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Təhsil nazirinin 25 yanvar 2011-ci il tarixli 126 nömrəli və “Nomenklaturada qismən dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Təhsil nazirinin 24 noyabr 2014-cü il tarixli 1146 nömrəli əmrləri ilə üzərində dəyişikliklər edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin mərkəzi aparatına və sisteminə daxil olan işçilərin vəzifə nomenklaturasının siyahısı”na görə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri “Təhsil Nazirliyinin kollegiyasında təsdiq olunan nomenklatur vəzifələr”in siyahısına daxildir. Azərbaycan Respublikası Təhsil nazirinin 26 avqust 2008-ci il tarixli 1019 nömrəli əmri ilə təsdiq edilmiş, “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminin nomenklaturasına qismən dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Təhsil nazirinin 25 yanvar 2011-ci il tarixli 126 nömrəli və “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminin nomenklaturasına daxil olan işçilərlə əmək münasibətlərinin tənzimlənməsi Qaydaları”na əlavə edilməsi barədə Azərbaycan Respublikası Təhsil nazirinin 19 fevral 2014-cü il tarixli 205 nömrəli əmrləri ilə üzərində dəyişikliklər edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminin nomenklaturasına daxil olan işçilərlə əmək münasibətlərinin tənzimlənməsi qaydaları”na görə vakanat vəzifələrin tutulması üçün namizədin kadr sənədləri və müvafiq qaydada verilmiş təqdimat nazirliyin İnsan Resursları şöbəsi tərəfindən kollegiyanın müzakirəsinə təqdim edilir. Kollegiyanın müsbət qərarı olduqda, həmin namizədlə əmək müqaviləsi bağlanır.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 21 avqust 2008-ci il tarixli 46-25-5939/16 nömrəli, 03 oktyabr 2011-ci il tarixli 46-25-8037/16 nömrəli, 03 oktyabr 2011-ci il tarixli 46-25-8037/16 nömrəli məktubları ilə Bakı şəhərinin ümumtəhsil məktəblərində direktor müavini, yardımçı, evdə təhsil və cəzaçəkmə müəssisələrindəki axşam məktəblərinə pedaqoji kadrların və məktəbdənkənar müəssisələrin pedaqoji işçilərin işə qəbulu müstəsna hal kimi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin əmri ilə təyin edilən vəzifə nomenklaturasına daxil edilməsi məqsədəmüvafiq hesab edilmişdir.
Rayon (Şəhər)Təhsil Şöbəsinin (İdarəsinin) müdiri necə təyin edilir?
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında əsasnamə”yə “ əlavənin 1-ci bəndinə görə Azərbaycan Təhsil Nazirliyinin yerli bölmələrinin rəhbərlərini həmin mərkəzi icra hakimiyyəti orqanları ilə razılaşdıraraq yerli icra hakimiyyətinin başçısı vəzifəyə təyin və vəzifədən azad edir. Azərbaycan Respublikası Təhsil nazirinin 26 avqust 2008-ci il tarixli 1019 nömrəli əmri ilə təsdiq edilmiş, “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminin nomenklaturasına qismən dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Təhsil nazirinin 25 yanvar 2011-ci il tarixli 126 nömrəli və “Nomenklaturada qismən dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Təhsil nazirinin 24 noyabr 2014-cü il tarixli 1146 nömrəli əmrləri ilə üzərində dəyişikliklər edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin mərkəzi aparatına və sisteminə daxil olan işçilərin vəzifə nomenklaturasının siyahısı”na görə yerli təhsil idarəetmə orqanlarının müdiri Azərbaycan Respublikası Təhsil Nazirliyinin uçot namenklaturasına daxildir.
Azərbaycan Respublikası Təhsil nazirinin 26 avqust 2008-ci il tarixli 1019 nömrəli əmri ilə təsdiq edilmiş, “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminin nomenklaturasına qismən dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Təhsil nazirinin 25 yanvar 2011-ci il tarixli 126 nömrəli və “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminin nomenklaturasına daxil olan işçilərlə əmək münasibətlərinin tənzimlənməsi Qaydaları”na əlavə edilməsi barədə Azərbaycan Respublikası Təhsil nazirinin 19 fevral 2014-cü il tarixli 205 nömrəli əmrləri ilə üzərində dəyişikliklər edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminin nomenklaturasına daxil olan işçilərlə əmək münasibətlərinin tənzimlənməsi qaydaları”na görə namizədin təqdim olunduğu vəzifəyə müvafiqliyi əvvəlcədən nazirliyin İnsan Resursları şöbəsində aidiyyəti struktur bölmələrlə birgə öyrənilir və kurator nazir müavininin adından hazırlanmış təqdimata (struktur bölmə birbaşa nazirin kurasiyasında olduğu halda təqdimat aidiyyəti şöbə müdirləri tərəfindən hazırlanır) müsbət rəy olduqdan sonra nazirin imzası ilə işəgötürənə məktub göndərilir. Yerli təhsil idarəetmə orqanının müdiri vəzifəsinə namizəd yerli icra hakimiyyəti orqanı tərəfindən verilir. Yuxarıda qeyd edilən prosedur qaydalar gözlənilməklə namizədin vəzifəyə təyininə müsbət rəy olarsa, yerə nazirin imzası ilə məktub göndərilir. Təhsil şöbə müdiri vəzifəsinə namizədin təyini icra hakimiyyəti tərəfindən əmrləşdirilir. Razılıq və ya əsaslandırılmış mənfi rəy məktublarının bir nüsxəsi, eləcə də doldurulmuş T-2 forması nazirliyin İnsan Resursları şöbəsində saxlanılır. Zərurət olan hallarda isə namizəd təyin olunmazdan əvvəl nazirliyə dəvət edilir. Kadr məsələləri ilə bağlı sənədləşmələr İnsan Resursları şöbəsi tərəfindən aparılır, kadr sənədləri bu şöbədə saxlanılır.