Logo

Almaniyada çalışan azərbaycanlı həkimlərin forumu keçirilib

07.03.2022 12:14 546 baxış
IMG

Almaniyanın Köln şəhərində bu ölkədə çalışan azərbaycanlı həkimlərin I forumu işə başlayıb.

Tədbiri açıq elan edən Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədri Nuran Abdullayev bildirib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə baş tutan forumun əsas məqsədi Almaniyanın tibb ocaqlarında nüfuz sahibinə çevrilən azərbaycanlı elm adamlarını və gənc həkimləri bir araya gətirmək, elmi-praktiki mübadilənin aparılması, həkim soydaşlarımız arasında şəbəkələşmənin yaradılmasından ibarətdir. 

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov, Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Nadir Zeynalov, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev çıxış ediblər.

Forum həm də xaricdə yaşayan həkim soydaşlarımızın Azərbaycan səhiyyəsinə bəxş edə biləcəyi mühüm töhfələrə diqqəti yönəldəcək. Tədbirdə azərbaycanlı həkimlərin çıxışları dinləniləcək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətlər və yeniliklər təqdim olunacaq, müzakirələr aparılacaq.

Xəbər lenti