Logo

Diplom işi yazan şirkətlər: Mövzunu de, işi təhvil al - VİDEO

07.03.2022 18:49 760 baxış
IMG

Dərs ilinin sonu yaxınlaşdıqca tələbələr kurs işləri, diplom müdafiəsi təlaşına düşürlər. Kitabxanalara gedib araşdırmalar aparır, müxtəlif mənbələrdən, resurslardan məlumat toplayırlar. Ancaq bütün bu əziyyətlərə qatlaşmaq istəməyənlər də var. Belə ki, bəzi tələbələr diplom işini başqalarına yazdırırlar.Yəni pulunu ver, işini görsünlər. Hətta bunun üçün sosial şəbəkələrdə elanlar da yerləşdirilib. Özü də saymaqla bitmir. Əlaqə saxladıqda isə rahat şəkildə xidmətlərini təklif edir, səninlə qiymət kəsirlər. 

Ancaq tələbələr diqqətli olmalıdılar. Çünki, Universitetlərdə belə hallara qarşı “Plagiat” sistemi fəaliyyət göstərir. Yəni, üstü açılarsa, həm pulunuzdan olarsınız, həm də diplomunuzdan.  

Təhsil üzrə ekspert Qoşqar Məhərrəmov deyir ki, plagiat elmi işlər əvvəllər də olub. Ancaq indi bunun qarşısının almaq o qədər də çətin deyil.

Ekspertin fikrincə, elmi iş plagiat proqramından uğurla keçsə belə,müdafiə zamanı tələbə yenidən yoxlanmalıdır. 

Qoşqar Məmmədov bildirir ki, belə hallar təhsilin keyfiyyəti azaldır, inkişafını isə ləngidir.

Xəbər lenti