Logo

NDU-nun müəllimi “Tərəqqi” medalı ilə təltif edilib

07.03.2022 20:32 539 baxış
IMG

Prezident İlham Əliyev martın 7-də Azərbaycan qadınlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Tehsil.biz xəbər verir ki, Sərəncama əsasən Naxçıvan Muxtar Respublikasının ictimai-mədəni həyatında səmərəli fəaliyyətinə görə fərqlənən Rzayeva Yazgül Həsənəli qızı “Tərəqqi” medalı ilə təltif edilib. 

Qeyd edək ki, Rzayeva Yazgül Həsənəli qızı 1952-ci ildə anadan olub. 1975-ci ildə Azərbaycan Dövlət Tibb İnstitununu bitirərək 1978-ci ildən Əziz Əliyev adına Mərkəzi Uşaq Xəstəxanasında nevropatoloq işləyir. 2000-ci ilin mart ayında Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin fərmanı ilə Naxçıvan Muxtar Republikasının “Əməkdar həkimi” fəxri adına layiq görülüb. 

Qeyd edək ki, Yazgül Rzayeva 2001-ci ildən Naxçıvan Dövlət Universitetində müəllim kimi fəaliyyətə başlayıb. Hazırda isə universitetdə baş müəllim vəzifəsini icra edir. 

Xəbər lenti