Dekabrın 21-də Günəş sisteminin iki böyük planeti olan Yupiter və Saturnun yaxınlaşması gözlənilir.
Tehsil.biz-in Sputnik-ə istinadən xəbərinə görə, Saturn və Yupiter hər 20 ildə bir dəfə ekliptikdə bir-birlərinə yaxınlaşırlar, lakin bu cür yaxın qarşılaşmalar olduqca nadir hallarda olur. Səmadakı bu nadir fenomen son dəfə təxminən 800 il əvvəl - 4 mart 1226-cı ildə baş verib.
Alimlər qeyd ediblər ki, Yupiter və Saturn 2020-ci ilin yayından bir-birlərinə doğru irəliləməyə başlayıblar. 16-25 dekabr tarixlərində bu iki nəhəng arasındakı görünən boşluq bütöv Ayın bir diametrindən az olacaq.
Planetlərin paradı 21 dekabrda günəş batdıqdan sonra səmanın cənub-qərb hissəsində müşahidə olunacaq.
Planetlərin yaxınlaşması dünyanın hər yerindən görünür, ancaq ekvator sakinləri bu nadir hadisəni daha yaxşı izləmək şansına sahib olacaqlar. Bənzər nadir hadisə növbəti dəfə 2400-cü ildə təkrarlanacaq.