Logo

BDU alimlərinin məqaləsi impakt faktorlu jurnalda dərc edilib

20.12.2020 12:51 548 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin  Ekoloji kimya kafedrasının professoru Sevinc Hacıyeva və dosenti Təranə Əliyeva, Bioekologiya kafedrasının dosenti Məhluqə Yusifovanın həmmüəllifləri olduqları “The ecological state of Boyuk Shor lake of Azerbaijan” (“Azərbaycanın Böyük Şor gölünün ekoloji vəziyyəti”) adlı məqalə “Environmental Monitoring and Assessment” jurnalında dərc edilib. (İF: 1.903 (2019), son beş il üçün İF: 2.273)

 

Məqalədə Abşeron yarımadasının Böyük Şor gölü və ətraf ərazilərində  aparılmış ekoloji monitorinqin nəticələri verilib. Aparılan tədqiqat işində laboratoriya analizləri nəticəsində götürülən su nümunələrində ümumi karbohidrogenlər, toksiki metallar (Cd, Co, Hg, Cu), asılı maddələr və digər çirkləndiricilərinyüksək qatılığı aşkar edilib. Su nümunələrindəki asılı hissəciklərin miqdarınınyol verilən qatılıqdan 27-250 dəfə, Hg miqdarı 180-286 dəfə, Cd - 1-3.3 dəfə, Cu - 1.7-4.8 dəfə, və Co - 1,5-2,4 dəfə çox olduğu hesablanıb. Böyük Şor gölü ətrafındakı ərazilərdə torpağın ağır metallarla çirklənmə dərəcəsi və mezofaunanın taksonomik tərkibi də tədqiq edilib. Torpaq onurğasızlarının qrup tərkibinin kasad olaraq, yalnız Arthropoda (85,7%) və Mollusca (14,3%) ibarət olduğu müəyyən edilib.

 

Məqaləni oxumaq üçün linkə keçid edin:

 

https://link.springer.com/article/10.1007/s10661-020-08762-9

Xəbər lenti