Logo

Pedaqoji Universitet gələcəyin müəllimləri üçün çoxşaxəli təcrübə imkanları yaradır

09.03.2022 10:00 366 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tələbələrin təcrübələrinin təşkili istiqamətində çoxşaxəli fəaliyyət icra olunur.

Tehsil.biz xəbər verir ki, ümumtəhsil məktəbləri ilə yanaşı artıq Landau School, Hədəf liseyi, Azərbaycan-Britaniya məktəbi kimi özəl və beynəlxalq müəssisələrdə də tələbələrin pedaqoji təcrübə keçməsi və karyera imkanlarını artırmaları təmin olunur. 

O cümlədən, bu ildən etibarən alqoritmika təlimlərinə cəlb olunan 166 nəfər tələbənin təcrübəsi alqoritmika sinifləri olan məktəblərdə, 67 könüllü tələbənin təcrübəsi isə pedaqoji internatura əsasında ucqar rayonlarda təşkil olunur.

Xəbər lenti